Seulda Xocalı soyqırımının ildönümü ilə əlaqədar veloyürüş keçirilib
Seul şəhərinin mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar veloyürüş keçirilib. Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, veloyürüşdə səfirlik əməkdaşları və "Buta" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, eləcə də koreyalı və əcnəbi tələbələr iştirakı edib. Qeyd edək ki, veloyürüş ölkəmizin Koreyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilib.

Xəbər 1127 dəfə oxundu.