Sergey Lavrov həmsədrlərlə görüşəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. APA-nın "Russian Today"ə istinadən verdiyi məlumata görə, görüş Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Xəbər 1617 dəfə oxundu.