Türkiyə superliqasında mövsümə yekun vuruldu
Türkiyə superliqasında 2015/2016 mövsümünə yekun vurulub. Qol.az-ın məlumatına görə, 34-cü turun son oyun günündə daha 6 qarşılaşma keçirilib.
"Qalatasaray" evdə "Kayserispor"a 6 cavabsız qolla qalib gəlib. "Fənərbaxça" səfərdə "Sivasspor"la 2:2 bərabərə qalıb. Ötən turda "Antalyaspor"a 0:7 hesabı ilə uduzan "Trabzonspor" bu dəfə evdə "Kasımpaşa"ya 0:6 hesabı ilə məğlub olub.

Xəbər 1756 dəfə oxundu.