Siyəzəndə məktəbin ərazisindəki yeməkxanada yanğın olub
Siyəzən şəhərində Təhsil Nazirliyinə məxsus 2 saylı orta məktəbin ərazisində tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yeməkxananın mətbəxində 5 litrlik qaz balonunda alışma baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə mətbəx əşyaları və mətbəxin tavanı 12 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 873 dəfə oxundu.