25 yaşında karyerasını başa vurdu
"Lion"un yarımmüdafiəçisi Queyda Fofana karyerasını gənc yaşında başa vurub.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 25 yaşlı futbolçunun zədəsini uzun müddətdir sağalda bilməməsi səbəb olub.
Topuğundan zədə alan futbolçu iki ilə yaxındır ki, yaşıl meydanlardan kənarda qalıb. Oyun praktikasını itirən və əvvəlki formasını bərpa etməyin çətinliyini nəzərə alan Fofana karyerasını başa vurmaq qərarına gəlib.

Xəbər 1181 dəfə oxundu.