Toliklə Təranə barışdı
Bir ildir küsülü olan prodüserlər Tarix Əliyevlə (Tolik) Təranə Səmədova barışıb. Axşam.az-ın məlumatına görə, T.Səmədova bu haqda "Star life" verilişində deyib: "Ötən il Tolikin ad günündə olmadım. Arada mən ondan küsdüm, sonra Tolik məndən incidi. Hərdən kiçik küsülülüklər olur".
Tolik "Ondan incimişdim, yığdı məni ad günümdə təbrik etdi. Beləcə, barışdıq" deyə, bildirib.
Qeyd edək ki, T.Səmədova Toliki ad gününə dəvət etmiş, o isə gəlməmişdi. Daha sonra isə Tolik ötən il baş tutan ad günü mərasiminə Təranəni dəvət etməmişdi. Prodüserlər arasında küsülülüyə də bu səbəb olmuşdu.

Xəbər 1566 dəfə oxundu.