ABŞ-da iki təyyarə göydə toqquşub
ABŞ-ın Alyaska ştatında iki yüngülmotorlu təyyarə göydə toqquşub. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə əsasən, təyyarələrin qalıqları Vefil şəhəri yaxınlığında yerə düşüb. İlkin məlumata görə, təyyarələrin göyərtəsində olan 5 nəfər ölub. Qəzanın səbəbləri barədə hələlik, məlumat verilmir.

Xəbər 758 dəfə oxundu.