Qusarın Hil kəndində yeni məktəb binası istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib. APA-nın məlumatına görə, dövlət başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsib. Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Bu təhsil ocağı 720 şagird yerlikdir. Məktəblə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

Xəbər 1521 dəfə oxundu.