Tüpürcək vəzi iltihabı və müalicəsi
Tüpürcək vəzi infeksiyaları tüpürcək ifraz edən vəzilərin viral və ya bakteriya infeksiyalarıdır.
Üç cüt böyük tüpürcək vəzi vardır.
Parotis Vəziləri
Qulaqların ön hissəsində,çənə üzərində hər iki yanaq bölgəsində 1 ədəd olmaq üzrə toplam 2 ədəd olmaqdadır.Bu vəzilərin iltihabı parotit olaraq adlandırılır.
Submandibular Vəzilər
Çənə altının hər iki tərəfində yer almaqdadır.2 ədəddir.
Sublingual Vəzilər
Tüpürcək Vəziləri
Dilin altında,ağızın içində yerləşməkdədir,müxtəlif yerlərə açıq kanallar vasitəsilə ifraz etdikləri tüpürcəkləri çatdırırlar.
Tüpürcək vəzi iltihabının səbəbləri
Tüpürcək vəzi infeksiyaları tez-tez görülür və bəzi insanlarda təkrarlana bilər.Məsələn parotit kimi viruslar tüpürcək vəzilərinə infeksiya sala bilir.Günümüzdə MMRpeyvəndi vurulması ilə parotit virusu nadir görülən bir infeksiyadır.Ümumiyyətlə bakteriya infeksiyaları tıxanıqlıq (tüpürcək kanalı daşları kimi) və ya pis ağız qoxusundan meydana gələ bilər.Bunlar susuz insanlarda və xəstəxana infeksiyası olanlarda görülə bilər.
Tüpürcək vəzi iltihabının əlamətləri
Tüpürcək vəzi infeksiyalarında aşağıdakı əlamətlərdən biri ya da bəziləri görülə bilər.
–Qulaq önündə,çənə altında şişlik olması
–Anormal dad hiss etmək
–Ağızı aça bilməmək
–Ağız quruluğu
–Yüksək temperatura
–Yemək yemə əsnasında ağız ya da üz ağrısı
–Üzün yan hissəsi üzərində və ya üst boyunda qızarıqlıq
Tüpürcək Vəzi Diaqnozu
Tüpürcək vəzi iltihabı və müalicəsi
Tüpürcək vəzisinin endoskopiyası
Üz ya da çənə altında şişlik şikayəti olan xəstənin lor həkimi ya da diş həkimi tərəfindən aparılan müayinə nəticəsində tüpürcək vəzilərinin böyüməsi ya da tüpürcək kanalının ağzındakı daş təyin edilə bilər.İltihablı axıntı bəzən ağıza boşala bilər.Bakteriyaların səbəb olduğu bir infeksiya varsa ağrılı ola bilər.Parotis və bənzəri virusların əmələ gətirdiyi infeksiyalara görə viruslara bağlı antikorlar analiz edilə bilər.
Müalicəsi
Bəzi hallarda hər hansı bir müalicəyə ehtiyac duyulmaz.
İltihab ya da yüksək temperatura varsa bakteriyaların səbəb olduğu infeksiya düşünüldüyünə görə antibiotiklər məsləhət edilməkdədir.Antibiotiklər viral infeksiyalara qarşı təsirli deyil.Ağız gigiyenasına diqqət etməkdə,kifayət qədər su içməkdə,siqaret çəkməməkdə fayda vardır.Bol su içmək və limon suyu içilməsi tüpürcək axışını artırmaqda faydalıdır.
Tüpürcək vəzi iltihabı şikayətləri
Tüpürcək vəzi iltihabından sonra aşağıdakı şikayətlər ola bilər.
–Tüpürcək vəzi apsesi
–Tüpürcək vəzi iltihabı təkrarlanması
–İnfeksiyanın yayılması (Selulit və Ludwing anginası)

Xəbər 29075 dəfə oxundu.