Beşiktaş” “Anji”nin hücumçusu ilə maraqlanır
“Anji”nin hücumçusu Filipp Budkovski karyerasını “Beşiktaş”da davam etdirə bilər.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yanvarda hücum xəttini gücləndirməyi planlaşdıran “Qara qartal”ın hədəfindəki forvardlardan biri məhz Budkovskidir.
Ukraynalı forvard özü də tezliklə “Anji”dən ayrılacağını bildirib. Onun xidmətində “Ufa” da maraqlıdır.
Qeyd edək ki, “Beşiktaş”ın maraqlandığı digər hücumçu hazırda “Quançjou Everqrand”da çıxış edən Cekson Martinesdir.

Xəbər 988 dəfə oxundu.