Şəmkir sakini bıçaqlanıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Potanlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov Kamran Vahid oğlu sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. K. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 2855 dəfə oxundu.