Finalın başlama saatı açıqlandı
“Qarabağ” və “Qəbələ” arasında keçiriləcək Azərbaycan kubokunun final oyununun başlama saatı məlum olub.
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında matçın saat 16:00-da başlanacağını deyib.
Qeyd edək ki, final qarşılaşması mayın 5-də Naxçıvan şəhər stadionunda keçiriləcək.

Xəbər 1092 dəfə oxundu.