Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Rusiya Federasiyası Kemerov vilayətinin Azərbaycan
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Presspark" jurnalının Baş redaktoru Valeh Rufullayevin təqdimatı əsasında Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir keçirilmişdir.
BMM.az xəbər verir ki, Rusiya Federasiyasının Kemerov vilayətinin Azərbaycan "Dostluq" cəmiyyətinin sədri Fikrət Şövkət oğlu Qasımov və sədrin birinci müavini Əli Tərlan oğlu Əliyev fealiyyəti dövrü ərzində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində, Milli adət-ənənələrimizin təbliğində, mədəni-kütləvi tədbirlərin keçirilməsində, soydaşlarımıza maddi-mənəvi dəstək olduğuna görə orden, medal və diplomlarla təltif olunublar.
Tədbirdə bir çox ictimai təşkilatların nümayəndələri, tanınmış jurnalistlər, qəzet redaktorları, dəyərli qələm sahibləri və şairlər iştirak etdilər. Tədbirdə iştirak edən qonaqlar arasında Şəhid ailələri də vardı.
F.Qasımovla və Ə.Əliyevlə görüşə "Dədə Qorqud" Milli Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının Baş redaktoru Eldar İsmayılov, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri və hüquqşünas Mehriban Abdullayeva, "Beynəlxalq Əlillər Cəmiyyəti"nin sədri və "Əlillər Dünyası" qəzetinin Baş redaktoru Tahir Xudiyev, yazıçı, şairə Aygün Hüseyinli, "Presspark" jurnalının və "Revanş" qəzetinin nümayəndələri və könüllü olaraq dəyərli vətəndaşlarımız iştirak etdilər, hər biri ayrı-ayrılıqda vətəndən uzaqda yaşayan və daim vətəni Azərbaycanın rifahı uğrunda çalışan Azərbaycan oğulları F.Qasımovu və Ə.Əliyevi təbrik etdilər və öz dəyərli fikirlərini səmimiyyətlə bölüşdülər. Tədbirdə həmçinin F.Qasımovu ailə üzvləri də iştirak edirdilər.
Tədbir zamanı Azərbaycan "Dostluq" cəmiyyətinin sədri Fikrət Qasımov "Dədə Qorqud" Milli Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının Baş redaktoru Eldar İsmayılov tərəfindən Kemerov vilayətində gördüyü işlərinə görə "Qızıl Ürək" ordeni ilə təltif olunub. Azərbaycan "Dostluq" cəmiyyətinin birinci sədr müavini Əli Əliyevə isə "Hacı Zeynalabdın Tağıyev" ordeni təqdim olunub. Həmçinin F.Qasımov və Ə.Əliyev vətənə xidmətlərinə görə "Veteran" medalına layiq görülüblər. Tədbir çərçivəsində "Presspark" jurnalının və "Revanş" qəzetinin nümayəndələri tərəfindən F.Qasımovu və Ə.Əliyevi göstərdikləri fəaliyyətə görə fəxri diplomla təltif olunublar.
Tədbirdə Azərbaycan Himni səsləndirilmişdir. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

Xəbər 6505 dəfə oxundu.