Polşada yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb
Polşanın Poznan şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
APA-nın “tvn24.pl” saytına istinadən verdiyi məlumata əsasən, xilasedicilər dağıntılar altından daha bir nəfərin meyitini aşkarlayıblar.
Bundan əvvəl hadisə nəticəsində 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilirdi. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir. Dördmərtəbəli yaşayış binasında partlayışa səbəb qaz sızması olub.

Xəbər 775 dəfə oxundu.