Pomidorlu acı bibər turşusu
Tərkibi:
Turşu üçün:
2 kq pomidor
600 qr. rəngli bibəri
1-2 baş sarımsaq (seçimə bağlı)
1-2 stəkan sirkə
1-2 stəkan zeytunyağı
1 Dəstə cəfəri
Duz
İstifadə edilməmiş qab və qapaq
Acılı əzmə üçün:
2 kq. pomidor
200-250 qr rəngli bibəri
6-8 ədəd qırmızı bibər
1-2 baş sarımsaq (seçimə bağlı)
1-2 stəkan sirkə
1-2 stəkan zeytunyağı
1 Dəstə cəfəri
Duz
İstifadə edilməmiş qab və qapaq
Hazırlanması:
Bu turşunu 2 fərqli şəkildə etdim. Birində bibərləri bütöv, digərində halqa şəklində doğrayaraq istifadə etdim. Nə şəkildə yeməyi seçirsinizsə siz də ona görə edə bilərsiniz. Bibərləri bütün olaraq istifadə edəcəksinizsə saplarını qısaldın. Əgər doğrayacaqsınızsa saplarını tamamilə kəsin. Qablarınızı və qapaqları yuyun və yaxşıca qurulayın. Mən turşular üçün 1000 ml-lik qab istifadə etdim. Siz istəsəniz hamısını götürəcək şəkildə tək bir qab da istifadə edə bilərsiniz.
Bütün və ya doğranmış bibər variantı üçün; pomidorların və sarımsaqların qabıqlarını soyaraq rəndələyin və ya mətbəx robotundan keçirin. Püre halına gələn pomidor və sarımsaqlara zeytun yağı, sirkə və bir miqdarda duz əlavə edin və yaxşıca qarışdırın. Duzunu dadına baxaraq nizamlasanız daha yaxşı olar. O səbəblə ölçü vermədim. Qablarınızı bir qat bibər (bütün və ya halqa halqa doğranmış) bir qat pomidorlu qarışıqdan əlavə edərək ağızında cəfəri üçün bir miqdar yer buraxaraq doldurun.
Qabların ən üstünə cəfəri qoyun və qapaqlarını möhkəmcə bağlayaraq tərsinə çevirin. Cəfərini istəsəniz doğrayaraq pomidorlu qarışığa da qarışdıra bilərsiniz. Tərs çevirdiyiniz qablarınızı 5-6 saat bu şəkildə gözlətdikdən sonra soyuducuya qoyun. Təxminən 3-4 həftə sonra turşularınız hazır olacaq.
Əzmə üçün pomidorları və sarımsaqları soyun. rəngli bibərlərin saplarını kəsin. Qırmızı bibərlərin saplarını kəsin və içini çıxarın.
Bütün vəsaitləri robotdan keçirin. Zetun yağı, sirkəni və duzunu əlavə edin. Yaxşıca qarışdırın və qablara doldurun.
Qapaqlarını möhkəmcə bağlayaraq tərsinə çevirin. 5-6 saat bu şəkildə gözlətdikdən sonra soyuducuya qoyun. Təxminən 3-4 həftə sonra əzməniz hazır olacaq.
Nuş olsun!
yeniqadın.biz

Xəbər 819 dəfə oxundu.