Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.
BMM.az xəbər verir ki, Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihər həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
Müsabiqəyə layihə qəbulu 01.10.2018-15.11.2018-ci il tarixinədək davam edəcək. Qəbul olunan layihələr Komisiya üzvləri tərəfindən standart meyyarlar əsasında anonim qiymətləndiriləcək və 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq.

Müsabiqədə iştirak şərtləri:
1. 2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilir;
2. Layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki;
3. Layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat;

Komisiyanın tərkibi:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi
6. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
7. Asan Xidmət
8. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
9. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
10. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
11. Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi
12. PROAKTİV PR şirkəti

Xəbər 7744 dəfə oxundu.