Peyklə 5G internetlə təmin edəcək
ABŞ Federal Rabitə Komissiyası "LeoSat" startapı tərəfindən təklif edilmiş "5G" peyklərdən ibarət "bürclər"in işə salınması planının reallaşdırılmasına icazə verib. Operator biznes və elmi təşkilatların sabit "5G" siqnalla təmininə söz verir.
"LeoSat Networks" operatoru 78-dən 108-dək kiçik peyki kosmosa çıxarmağa hazırlaşır. Ənənəvi telekommunikasiya kosmik aparatlarından fərqli olaraq kiçik peyklər 25 dəfə aşağı hündürlükdə yerləşdiriləcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, peyklər orbitdə öz aralarında əlaqə quraraq vahid sinxronlaşdırılmış şəbəkə yaradacaqlar.
Peyklər arasında informasiya ötürülməsi lazerlərin köməyi ilə həyata keçiriləcək. Bu, kabel interfeysləri ilə müqayisədə 1,5 dəfə daha sürətlidir.
Layihə müəlliflərinin Mark Zukerberq və ya Elon Mask kimi dünyanın internetlə təmin edilməsi ilə bağlı hədəfləri yoxdur. Bu kommersiya layihəsidir: hətta Yer kürəsi ilə əlaqə qurulmasında yaşanan çətinliklər vaxtı məlumatların ötürülməsi üçün heç bir ləngimə olmadan maksimum geniş kanal təmin etməlidir. Banklar, fond birjaları, tədqiqat mərkəzləri potensial müştərilərdir.

Xəbər 650 dəfə oxundu.