Rostovda yaşayış binasında baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub
Rusiyanın Rostov vilayətindəki Şaxtı şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir qadın ölüb, yeddi sakin xilas edilib, dörd nəfərin taleyindən isə xəbər yoxdur.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyindən veriblər. Nazirliyin məlumatında bildirilir ki, Şaxtı şəhərində bir binanın doqquzuncu mərtəbəsində qaz partlaması baş verib. Nəticədə səkkizinci və doqquzuncu mərtəbələrdə dörd mənzil dağılıb. Bu mənzillərdə yaşayan 12 nəfərdən biri ölüb, yeddi sakin xilas edilib, dörd nəfərin taleyindən isə xəbər yoxdur.
Qəza yerində axtarış-xilasetmə işləri davam edir, əraziyə Rusiya FHN-nin 200 nəfərlik xilasetmə dəstəsi cəlb olunub.

Xəbər 1009 dəfə oxundu.