İllinoysdakı zavodda baş verən güclü partlayış nəticəsində 3 nəfər həlak olub
ABŞ-ın İllinoys ştatında, Çikaqodan 80 kilometr şimalda yerləşən Uokiqan şəhərindəki “AB Specialtу Silicones” silikon zavodunda güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, partlayış və xeyli müddət davam etmiş yanğın nəticəsində 4 nəfər xəsarət alıb. Zavodun zərər çəkmiş 4 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerli xəstəxanaya çatdırılıb. Hadisənin baş verdiyi ilk saatlarda yanğınsöndürənlər bir nəfərin cəsədinin tapıldığını bildiriblər. Daha iki nəfər itkin düşmüş hesab edilib.
İnsident nəticəsində binanın konstruksiyaları qeyri-sabit vəziyyətə düşməsi səbəbindən yanğınsöndürənlər axtarışları dayandırmağa məcbur olublar. Bazar günü ərazi xüsusi qurğularla tədqiq edildikdən sonra itkin düşən iki nəfərin meyiti aşkar olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbər 729 dəfə oxundu.