Türkmənistan X beynəlxalq Qaz Konqresi başa çatıb
Avaza turizm zonasında keçirilən Türkmənistan X beynəlxalq Qaz Konqresi başa çatıb. Konqresin yekun iclasında iştirakçılar neft-qaz sənayesində əməkdaşlığın inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, məruzəçilər neft-qaz sənayesinə investisiyaların cəlbi, müqavilələr və layihələr məsələlərini nəzərdən keçiriblər.
TAPI qaz kəmərinin (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) müzakirəsi forumun əsas mövzusu olub.
Ekspertlərin fikrincə, TAPI Türkmənistan qazının tədarükünün şaxələndirilməsi üçün təkcə böyük şans deyil, eyni zamanda, Əfqanıstanda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş layihədir.
Forumda neft-qaz kompleksi rəhbərlərinin ikitərəfli görüşləri də keçirilib.

Xəbər 531 dəfə oxundu.