Ukraynada qeyri-sabit hava şəraiti fəsadlar yaradıb
Ukraynada qeyri-sabit hava şəraitinə görə ölkənin 132 yaşayış məntəqəsində elektrik enerjisi verilişi dayanıb.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə güclü külək və dolu ilə müşahidə olunan hava şəraiti nəticəsində Kiyevdə 64, Zakarpatyada 26, Sumıdə 16, Ternopolda 12, Jitomirdə 8, Kirovoqradda 5, Dneprpetrovskidə isə 1 yaşayış məntəqəsi işıqsız qalıb. Bu yaşayış məntəqələrində elektrik enerjisinin bərpasına xüsusi briqadalar cəlb olunub.

Xəbər 522 dəfə oxundu.