Oğuzun dörd kəndinə qazın verilişi bərpa olunub
Oğuz rayonunun dörd kəndinə qazın verilişi bu gün bərpa olunub.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, avqustun 8-i axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti avtomobillə vurularaq zədələnib. Nəticədə 1300 abonentin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa edilib.

Xəbər 116 dəfə oxundu.