“Ayaks“da yeni müqavilə
“Ayaks” futbolçusu Hakim Ziyexlə müqavilənin müddətini uzadıb.
Qol.az xəbər verir ki, bu barədə Amsterdam klubunun rəsmi saytı məlumat yayıb.
Mərakeşli hücumameylli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ildə başa çatacaq müqavilə 2022-ci ilin iyununa kimi uzadılıb.
Ziyex 2016-cı ildə “Tvente”dən "Ayaks"a transfer olunub. O, ötən mövsüm Hollandiya çempionatında 29 matçda 16 qol vurub.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 216 dəfə oxundu.