Şəmkir və Lənkəranın bir neçə kənd və yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb
Şəmkir və Lənkəranın bir neçə kənd və yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, avqustun 14-də səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
Bu müddətdə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək. Eyni zamanda, bu gün saat 10:00-dan 18:00-dək Lənkəranın qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbər 137 dəfə oxundu.