Türkiyə ilə Rusiya arasında humanitar əməkdaşlıq genişlənir
Türkiyənin Qızıl Aypara və Rusiyanın Qızıl Xaç cəmiyyətləri arasında əməkdaşlıq sənədi imzalanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınık ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin sədri Raisa Lukuttsova tərəfindən imzalanan sənədə əsasən, tərəflər münaqişə bölgələrində, eləcə də təbii fəlakətlərdən zərər çəkən insanlara birgə yardım göstərəcəklər. Bundan başqa, tərəflər humanitar təyinatlı təhsil, sosial rifahın yüksəlişi, səhiyyə proqramları və digər məsələlər ətrafında da əməkdaşlıq etmək üçün razılığa gəliblər.

Xəbər 129 dəfə oxundu.