Dadlı bulyon və ya sup bişirmək istəyirsinizsə... Faydalı məsləhətlər
- Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.
- Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.
- Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.
- Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.
- Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
- Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
- Hazır bulyon uzun müddət odda qaldıqda dadı itir.
- Mal və toyuq ətini bulyondan süfrəyə verməzdən əvvəl çıxardın. Əks halda ət quru və dadsız olacaq.
- Toyuq bulyonuna heç bir ədviyyat əlavə etməyin, o öz dadını itirir.
- Toyuqdan bulyon bişirdikdə dərisini soymaq lazımdır.
- Arpa yarmasının supu göyümtül alınmasın deyə, yarmanı hazır olana qədər ayrıca bişirin, sonra supa tökün.
- Hazır supda dəfnə yarpağını saxlamayın.
- Əzilmiş sarımsağı supa ən sonda əlavə edin və ya boşqablara qoyun.
- Sup bişirəndə hazır bulyonu zəif odda, qaynama həddinə çatdırmayaraq qızdırın ki, o, şəffaflığını saxlasın. Bununla belə, qapaq qazanın ağzını kip örtməməlidir.
- Əgər sup çox duzlu çıxıbsa, ona kartof və ya düyü əlavə edin ki, onlar artıq duzu canına çəksinlər.
- Hazır bulyonu dondurmaq və sonra lazım olduqda istifadə etmək olar. Bulyonu dondurucu kamerada 4 ay ərzində saxlamaq olar.
Evdarliq.Az

Xəbər 74 dəfə oxundu.