“Bu anları çox gözləyirdim“ - Natavan
Müğənni Natavan Həbibi ana olduqdan sonra ilk dəfə övladı haqda danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 106.3 FM-də dicey Kazım Sübhanın suallarını cavablandırıb. Müğənni ilk dəfə oğlu Zeyddən bəhs edib:
"Uşağı yatızdıranda Səidə (həyat yoldaşı, reper Dado Əliyev - red.) deyirəm, bu necə hissdir, necə varlıqdır? Bunu necə izah edim, bilmirəm. Zeyd mənim içimdədir, mən də onun içində. Yəqin bütün valideynlərdə belədir. Bu anları çox gözləyirdim. İndi doya-doya yaşayıram".
Natavan yaradıcılı ilə bağlı suallara "Tam güclə hazırlıqlar gedir. Yeni mahnı var, klip çəkdirəcəm. Yenə gözəl kliplər, hitlər olacaq" cavabını verib.
Bir müddətdir gündəmdən uzaqlaşan sənətçi şou-biznesin hazırki vəziyyətindən gileylənib:
"Ancaq pozitivləri görürdüm. Son vaxtlar çox söz-söhbətlər var. Amma dəqiq anlaya bilmirəm. Səliqəsizlikdir, kim nə istəyir oxuyur, danışır. Bu, bir az vaxt alacaq, hər şey yerinə qayıdacaq".

Xəbər 93 dəfə oxundu.