Günelin qardaşı oğlu ilə YENİ FOTOSU
Müğənni Günel Zeynalovanın sosial şəbəkədə yeni paylaşımı maraqla qarşılanıb.
Sonxeber.az big.az -a istinadən xəbər verir ki, ifaçı qardaşı Tunar Rəhmanın oğlu ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb.
"Eşqimin baharı. Gül qoxulu bibinin ürəyi, 4 ayı olub, təbrik" deyə, o fotoya yazıb.
Paylaşıma qısa zaman ərzində xeyli bəyənmə gəlib və rəy yazılıb. Körpənin atası Tunara bənzərliyi də izləyicilərin diqqətindən yayınmayıb.

Xəbər 88 dəfə oxundu.