Əsl BORŞ belə hazırlanır. Resept
Tərkib:
- 3 l yağlı ət bulyonu
- 3 iri kartof
- 1 kök
- 1 iri çuğundur
- 1 baş soğan
- 500 qr kələm
- 2 x.q. tomat pastası
- 1 dəstə cəfəri
- 3 dəfnə yarpağı
- 2 diş sarımsaq
- duz, istiot.
Hazırlanması:
1. Ətdən bulyon bişirin, yaxşı süzün, əti sümüklərdən ayırın.
2. Kökü və çuğunduru sürtgəcin uri gözündən keçirin, cəfəri və soğanıxırda doğrayın, sarımsağı sarımsağəzənlə əzin.
3. Soğanı kərə yağında yumşalana qədər qızardın.
4. Kök, çuğundur, sarımsaq və cəfərini əlavə edin, qarışdırın, vam odda qapağın altında yumşalana qədər bişirin.
5. Tomat əlavə edin, qarışdırın, vam odda bir neçə dəqiqə bişirin.
6. Bulyonu odun üzərinə qoyun, qaynayanda kub şəklində doğranmış kartofu və əti əlavə edin.
7. Kartof yumşalanda, nazik-nazik doğranmış kələm, dəfnə yarpağı, zövqə gözrə duz, istiot əlavə edin, 2-3 dəqiqə qaynadın.
8. Qızardılmış tərəvəzləri əlavə edin, qaynara düşəndə oddan götürün. Borş hazırdır. Dəfnə yarpağını çıxardın. Borşda qalanda dəfnə yarpağı yeməyin dadını pisləşdirir.
Nuş olsun!
Evdarliq.az

Xəbər 83 dəfə oxundu.