Hilin sağlamlığa olan 5 faydası
Ağız qoxusunu aradan qaldırar:
Bir neçə hil toxumu çeynəyərək ağzınızdakı pis qoxudan xilas ola bilərsiniz. Hil antimikrob təsirə malikdir. Bunun yanında hil yağında olan sineol, güclü bir antiseptikdir. Pis qoxuya səbəb olan bakteriyaları öldürür. Sineol bundan əvvəl, diş çürüyünə səbəb olan bakteriyaları məhv edir.
Həzm üçün faydalıdır:
Zəncəfil ailəsindən gələn hil ədviyyatı, həzmə olduqca faydalıdır. Həzm tarazlığını təmin edir, qarın ağrısını önləyir.
Təzyiqi nizamlayır:
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yüksək təzyiq probleminiz varsa, hil sizin üçün olduqca faydalı ola bilər. Bir araşdırmada 12 həftədən çox hil tozu istifadə edən iştirakçıların təzyiqlərinin normal hala qayıtdığı müşahidə olundu.
Xərçəngi əngəlləyir:
2012-ci ildə aparılan araşdırmanın nəticəsinə görə, kardamon kemopreventif təsiri ilə 2-ci dərəcəli dəri xərçəngi müalicəsində istifadə edilə bilər. Antiinflamatuar təsirə sahib olan hil, immuniteti gücləndirərək xərçəngi önləyir.
Diabetə qarşı faydalıdır:
Şəkər xəstələrində manqan mineralı səviyyəsi olduqca aşağıdır. Hil, yüksək manqan nisbətiylə qan şəkərini nizamlamaq istəyənlər üçün ağıllı bir seçimdir.

Xəbər 122 dəfə oxundu.