Xalq artistindən XƏBƏR VAR
Xalq artisti Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.
Bu barədə News24.az-a aktyorun qızı məlumat verib: "Atamın vəziyyəti normaldır. Həkimləri, sevənləri, ailəsi daha da yaxşı olacağına ümid edirik. Kəsilmiş ayağında hətta irəliləyiş var.".
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən aktyorun ayağı barmaq hissədən amputasiya olunub.

Xəbər 199 dəfə oxundu.