Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi bilindi
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidovun peşəkar boksda ilk rəqibi müəyyənləşib.
Qol.az xəbər verir ki, 33 yaşlı boksçu sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gələcək.
ABŞ-lı boksçu 19-cu peşəkar döyüşünü keçirəcək. Hesabında 12 qələbə olan Fonteyn 6 dəfə məğlub olub.
Qeyd edək ki, Məcidov üçqat dünya çempionu olmaqla yanaşı, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanıb, bir dəfə isə Avropa çempionu olub.

Xəbər 124 dəfə oxundu.