Məşhur şouda yeni aparıcı
Ötən gündən etibarən seçim turlarına start verilən "Səs Azərbaycan"ı aparan şəxsin adı məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tezliklə yayıma başlayacaq məşhur şounu Leyla Əliyeva aparacaq. Münsiflərin kimliyi isə, hələ ki, mətbuata açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Səs" yarışması 2015-ci ildə AzTV-nin efirində yayımlanıb. Qalib Emiliya Yaqubova olub.
Münsiflər Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva olub.

Xəbər 131 dəfə oxundu.