Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, festivalın seçimlərində 110 nəfər iştirak edib, onlar arasından 19 ən güclü uşaq seçilib.
Artıq festivalla bağlı hazırlıqlara başlanılıb. Bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında Xalq artisti Aygün Kazımova, əməkdar artist Sevda Ələkbərzadə, aparıcı Leyla Quliyeva, müğənni İlqar Xəyal və başqaları iştirak edib.
Festivalın münsiflərindən biri olan Xalq artisti Aygün Kazımova bildirib ki, belə yarışlar istedadlı uşaqların parlamasında böyük rolu var:
"Hər bir sənətçi yarışmalarda mütləq iştirak etməlidir. Mahnı müsabiqələrinin müğənninin karyerasında rolu müstəsnadır. Yarışma boyu istedadlı uşaqların yanında olacam. Qoy kim istedadlıdırsa, o da qalib olsun. Bu, daha ədalətli olar".
Sevda Ələkbərzadə isə qeyd edib ki, festivalda çox istedadlı gənclər var.
İlqar Xəyalın sözlərinə görə, festivalda iştirak edən uşaqlar Azərbaycanın estrada və ya klassik musiqisinin gələcəyi ola bilər:

Xəbər 237 dəfə oxundu.