Mbappe heyətdən çıxarıldı
PSJ-nin futbolçusu Killian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.
Qol.az-ın Fransa Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, buna onun zədəsini tam sağalda bilməməyi səbəb olub.
Beləliklə, 20 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində oktyabrın 11-i İslandiya, oktyabrın 14-ü Türkiyə ilə matçları buraxacaq.

Xəbər 63 dəfə oxundu.