Azərbaycanlı məşhur üçün XOŞ GÜN - ƏKİZLƏR DOĞULDU: 9 aydır gözləyiridik
Aktrisa-aparıcı Könül Yusif qızı üçün ötən gün əlamətdar olub.
Milli.Az xəbər verir ki, belə ki, xanım aparıcının dayısının əkiz nəvələri dünyaya gəlib.
Anasının ölümündən sonra dayısının məsləhətləri ilə addım atan aktrisa qohumlarının xoş gününə şərik olub. Könül yeni doğulan əkizlərin sosial şəbəkə hesabından fotolarını paylaşaraq sevincini qeyd edib:
"Dayımın əkiz nəvələri, nəhayət ki, gəldilər. 9 aydır gözləyiridik. Şükür Allaha, sağ-salamat gəldilər. Çox şirindilər. Olmayanlara nəsib olsun, amin. Xoş gəlib, səfalar gətiriblər. Qədəmləri mübarək. Allah bərk əldən versin. Çox sevdim bizim əkizləri".

Xəbər 150 dəfə oxundu.