Əliyar Ağayev Farer adaları–Rumıniya oyununa təyinat alıb
Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Farer adaları–Rumıniya oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Farer adaları–Rumıniya oyunu oktyabrın 12-də Torşava şəhərində keçiriləcək.

Xəbər 119 dəfə oxundu.