Azərbaycanlı sənətçinin oğlu dünyaca məşhur şəxs imiş
Xəbər verdiyimiz kimi, bu gün "Şou Atv" proqramının qonağı tanınmış gitara ifaçısı Rəhman Məmmədli olub.
BiG.AZ xəbər verir ki, ifaçı verilişdə ailəsi ilə bağlı danışıb. O bildirib ki, valideyn kimi çox xoşbəxtdir:
"Bu gün bu məmləkətin xoşbəxt ataları siyahınsıdayam. Çünki, Tural boyda oğul böyütmüşəm.Turalın səsi Amerikadan, Avropadan gəlir. Simfonik muğamları Avstriya səhnəsindən gəlir. Makedoniyada Turalı beynəlxalq müsabiqəyə juri dəvət ediblər. İranda prezidentlərin iştirakı olan açılışda himni Tural yazmışdı. Xoşbəxt babayam, 3nəvəm var".

Xəbər 94 dəfə oxundu.