Yaxın 10 ildə bu peşələrə tələb artacaq
Araşdırmaçılar yaxın 10 il üçün perspektivli peşə növlərini açıqlayıblar.
Milli.Az qafqazinfo-ya istinadən həmin ixtisasları təqdim edir:
Biofarmakoloq - canlı bioloji sistemdən dərman vasitələri hazırlayacaq.
Bioinforamtik - kompüter proqramlarının köməyi ilə biologiya və farmakologiya ilə əlaqəli məlumatları öyrənəcək.
"Ağıllı" texnologiyaların layihəçisi - buna İT mütəxəssis də demək olar. Sadəcə, həmin mütəxəssislər indikilərdən fərqli olaraq, daha əhatəli imkanları olan proqramlar hazırlayacaq.
Robot texnikası üzrə mütəxəssis - müxtəlif fəaliyyət istiqamətləri üzrə robot texnologiyalarını hazırlayacaq.
Kibertəhlükəsizlik üzrə mütəxəssis - informasiya sistemini və rəqəmsal vasitələri kiberhücumlardan qorumaq üçün xüsusi infrastruktur hazırlayacaq.
Alternativ enerji üzrə mütəxəssis - ənənəvi olmayan enerji mənbələrinin axtarışı və istifadəsi yollarını öyrənəcək.
Neyropsixoloq - onun fəaliyyəti psixologiya və neyrologiya arasında incə xətti təşkil edəcək. O, insan beyninin psixi proseslərlə əlaqəsi strukturunu öyrənəcək.
Proqram istehsalçısı - bu peşə aktivliyini daha da artıracq.
Müxtəlif profilli mühəndis-layihəçi - artıq bu peşə sahiblərinə indi də rast gəlmək mümkündür.
3D-nəşr üzrə mühəndis - riyazi və yaradıcı imkanların birləşdiyi bu peşə sahibləri memarlıq, inşaat, tibb, hətta paltar və ayaqqabı istehsalı sahəsində aktivləşəcəklər.
Virtual reallıq üzrə memar və inşaatçı - virtual aləmin - fəlsəfə, təbiət və cəmiyyət qanunları, iqtisadiyyat, landşaft, memarlıq - konseptual həllini müəyyən edəcək.

Xəbər 62 dəfə oxundu.