Xəmiraşı (lobyalı və əriştəli şorba)
Lazım olanlar
250 qr qoyun əti,
250 q buğda unu,
1 yumurta,
100 q ərinmiş yağ,
200 q ağ lobya,
10 q sirkə,
2 baş soğan,
keşniş,
nanə qurusu,
istiot, duz.
Hazırlanması
Sümükdən bulyon bişirilir. Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlanır. Hər pay üçün 5-6 ədəd küftəcik hazırlanır. Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış əriştə qatılır. Əriştənin xəmiri üçün una su, yumurta və duz vurulub yoğrulur və 1 mm qalınlığında yayılır. Sonra 5 mm enində lent şəklində əriştə kəsilir. Bulyona küftəcikləri salınıb bişirilir , sonra isə əriştə və xırda lobya qatılır.
Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurulur, süfrəyə verilən zaman üstünə quru nanə səpilir. Xörəyin yanına ayrıca sirkə qoyulur.
Qadin.az

Xəbər 31 dəfə oxundu.